Amnistiya Aktının əsasən hansı cinayətləri törədən şəxslərə tətbiq edildiyi açıqlanıb


  • 24 Noyabr 10:21

"Cinayətlərin növlərinə gəldikdə gözlənildiyi kimi, mülkiyyət əleyhinə olan və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum edilən şəxslər azad edilən şəxslərin yarısından çoxdur. Bunlardan sonra Amnistiya Aktı əsasən hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə və həyat və sağlamlıq əleyhinə olan cinayətlər törədən şəxslərə tətbiq edilib".

E-huquq.az-ın xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.

O bildirib ki, amnistiya tətbiqi ilə cəzadan azad edilməsi müəyyən edilən məhkumların bir qismini də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən şəxslər təşkil edir: "Bu cəzaya məhkum edilən şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının Amnistiya Aktına müvafiq qaydada azaldılması məhkəmələrə həvalə edilib.

Hazırda bütün rayon və şəhərlərdə yaşayan məhkumlar barəsində məhkumların yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmələrin yorulmaz və çevik fəaliyyəti nəticəsində çoxsaylı məhkəmə qərarları qəbul edilib ki, bu proseslərdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşları və rayon-şəhər prokurorluqlarının bu sahədə fəaliyyət göstərən prokuror köməkçiləri iştirak ediblər".

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Oxşar xəbərlər