Məzmuna keç

“Eternity – 2019” təlimində iştirak edəcək heyət üçün mədəni-kütləvi tədbir keçirildi – FOTO

“Eternity - 2019” təlimində iştirak edəcək heyət üçün mədəni-kütləvi tədbir keçirildi - FOTO

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Eternity – 2019” təlimində iştirak edəcək Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçuları üçün konsert proqramı təşkil olunub.

Müdafiə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan xalq mahnıları, hərbi marşlar və müxtəlif xalqların musiqiləri səsləndirilib, o cümlədən rəngarəng rəqslər təqdim olunub.