"Biz bütün variantları və ssenariləri, o cümlədən ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla Rusiyanın tədarükünü kəsmək və ya dayandırmaq qərarına gəldiyi halda qaz tədarükü məsələsində işləməyi nəzərdən keçiririk".
E-huquq.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell söyləyib.
"Diplomatiyanın uğursuzluğa düçar olacağı təqdirdə hazır olmalıyıq", – o vurğulayıb.
