Məzmuna keç

Ceyhun Bayramovun Aİ komissarı ilə müzakirə etdiyi məsələlər açıqlandı

“Biz Avropa İttifaqının Genişlənmə və Qonşuluq üzrə komissarı Oliver Varhelyi ilə əhəmiyyətli görüş keçirdik”.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında paylaşıb.

“Biz hərtərəfli əlaqələri, o cümlədən enerji, iqtisadi, investisiya, münaqişədən sonra yenidənqurma və bərpa sahələrindəki əlaqələri müzakirə etdik”, – nazir qeyd edib.