Bu ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi yeni qanunla 17,6 faiz və ya 30 manat artırılaraq 2022-ci il üçün 200 manat məbləğində müəyyən edilib.
Bu da cari ildə ünvanlı dövlət sosial yardımının məbləğində də növbəti artıma imkan verəcək.
