Dünyanın bir çox ölkələrində tviter sosial şəbəkəsinin işində problem yaranıb.
E-huquq.az xəbər verir ki, bu barədə məşhur internet servislərin fəaliyyətini araşdıran “Downdetector” xidməti məlumat yayıb.
Sosial şəbəkə istifadəçiləri əsasən saytın fəaliyyəti və mobil tətbiqlərdə problemlər barədə məlumat verib, həmçinin qeyri-sabit server bağlantısından şikayətləniblər.
Nasazlıqlar əsasən ABŞ, Kanada və Yaponiyada müşahidə edilir. Bundan əlavə, Sinqapur və Malayziyada da sosial şəbəkədə az sayda problemlər müşahidə olunur.
