Məzmuna keç

Ali Hərbi Məktəbin kursantının tapılması məqsədilə axtarış tədbirləri həyata keçirilir –

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Hüseynli Vüsal Elşən oğlunun tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirir.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, V.Hüseynli dünən akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb. Lakin bundan sonra ondan xəbər olmayıb.