Milli Məclisin deputatı Nurlan Həsənov Şeidlər kəndində seçicilərlə görüş keçirib.
E-huquq.az xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib və qeydə alınıb.
"Kəndin əsas problemləri su təchizatı və internetlə bağlıdır. "Azərsu" ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən dağ kəndinin su təchizatı ilə bağlı heç bir xidmət göstərilməməsi probleminin həllini çətinləşdirir. Eyni zamanda kəndin gəncləri internet probleminin həlli üçün mənə yenidən müraciət etdilər", – deyə deputat vurğulayıb.
N.Həsənov qeyd olunan problemlərin həlli istiqamətində müvafiq qurumlara deputat sorğuları ünvanladığını bildirib.
