Məzmuna keç

XİN işə qəbul imtahanının ilk mərhələsini keçənlərə müraciət etdi

Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmətə işə qəbul imtahanının ilk mərhələsini keçən namizədlərə müraciət edib.

E-huquq.az xəbər verir ki, bu barədə nazirliyin “Facebook” səhifəsində paylaşım edilib.

“2022-ci il yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanın 2-ci mərhələsində, müsahibə mərhələsində iştirak hüququ qazanmış 113 namizəd ilə 22 fevral 2022-ci il tarixində Xarici İşlər Nazirliyində görüşün keçirilməsi nəzərdə tutulub.m İştirakla bağlı əlavə məlumat namizədlərin Şəxsi Kabinetlərində yerləşdirilmişdir. Müsahibə mərhələsinin cari ilin mart ayının sonu – aprel ayının əvvəlində təşkil edilməsi nəzərdə tutulur”, – nazirliyin müraciətində bildirlib.