“Buta” Kiyev reysini ləğv etdi


  • 24 Fevral 2022 09:37

NOTAM məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın "Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünkü reysini ləğv edib.

E-huquq.az xəbər verir ki, bu barədə aviaşirkətin özü məlumat yayıb.

Qeyd olunub ki, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.

Oxşar xəbərlər