Ukraynanın səhiyyə naziri Viktor Lyaşko Rusiyanın 2 şəhərdə təcili yardım maşınlarına atəş açdığını açıqlayıb.
E-huquq.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə Zaporijjya və Çerniqov vilayətlərində baş verib.
Lyaşko bildirib ki, Rusiya silahlı qüvvələri Çerniqovda psixiatriya xəstəxanasını da atəşə tutub.
