Məzmuna keç

Kiyevdə yaşayış binasına ağır texnika ilə atəş açıldı

Ukraynanın paytaxtı Kiyevdə Rusiya Silahlı Qüvvələri çoxmərtəbəli yaşayışa binasına atəş açıb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.

Raket atəşi olduğu güman edilən zərbədə binanın bir neçə mərtəbəsi məhv edilib.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.