Ukraynanın Odessa şəhərinin səmasında Rusiyaya məxsus hərbi təyyarə vurulub.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Müqavimət Partiyasının ictimai qərargahının spikeri Sergey Bratçuk məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Rusiyanın SU-30 təyyarəsini vurub.
Həmçinin “Pivden” Əməliyyat Komandanlığının məlumatına görə, məhz Ukrayna Silahlı Qüvvələri Odessa şəhərinin kənarında düşmən təyyarəsini vurub.
