Məzmuna keç

Bakı 4 saylı Mediasiya Təşkilatında görüş keçirilib –

Bakı 4 saylı Mediasiya Təşkilatının xidmət keyfiyəti ilə yaxından tanış olmaq məqsədilə təşkilatda görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İntizam Komissiyasının üzvü Mayıl Əhməd, Bakı 5 sayı Mediasiya təşkilatı rəhbəri Taleh İbrahimov, İşçi qrupun üzvü Elçin Həsənov və Şuranın əməkdaşları iştirak edib.

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 5A, Life Center, giriş 6, mərtəbə 2 ünvanında yerləşən 4 saylı Mediasiya təşkilatının rəhbəri Cabbar Həsənov mediasiya sessiyalarının keçirilməsi üçün şəraitlə təmin edilmiş ofis haqqında, təşkilata üzv olan mediatorlar barəsində, 7 aprel tarixinədək daxil olmuş müraciətlər və onların nəticələri barədə məlumat verib.

Çıxış edən qonaqlar mediasiya institutunun məhkəmə hüquq islahatlarına, mübahisələrin sayının azalmasına və səmərəli həllinə böyük töhfə verəcəyinə inandıqlarını bildirib və bu yolda təşkilata uğurlar arzulayıblar.

Görüş zamanı təşkilatın fəaliyyətinin yüksəldilməsi ilə bağlı təkliflər və tövsiyələr verilib.

Bakı 4 saylı mediasiya təşkilatı həftə içi 5 gün (qeyri-iş günləri istisna olmaqla) saat 09:00-18:00 vətəndaş qəbulunu həyata keçirir.

E-mail adresi: [email protected]

Əlaqə telefonları: +994102151004; +994772441004