Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.
E-huquq.az xəbər verir ki, o, bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Onun korrupsiya cinayəti ilə bağlı saxlanıldığı bildirilir.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
