Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xüsusi təlim keçmiş itləri Türkiyənim Kahramanmaraş şəhərində 15 nəfəri dağıntılar altında aşkarlayıb.
Bu barədə e-huquq.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, xüsusi təlim keçmiş itlər uçqunlar altında 27 meyiti aşkar edib.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
