Məzmuna keç

Azərbaycanın və İsrailin NATO-dakı səfirləri regiondakı vəziyyəti müzakirə etdilər

Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsrailin Avropa İttifaqı (Aİ) və NATO-dakı səfiri Haim Regevlə regiondakı vəziyyəti müzakirə edib.

E-huquq.az xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə tviterdə bildirib.

"Biz NATO tərəfdaşlığı, regiondakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik. Biz Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndiririk", – diplomat yazıb.