- 18:02
"Azərbaycan Daxili İşlər Nazirliyinin 4 əməkdaşı terrora məruz qalıb. Bu da Azərbaycanda mövcud ictimai-siyasi sabitlik, Konstitusiya quruluşunun bərpa edilməsi məsələsini tam zəruri edib".
E-huquq.az xəbər verir ki, bunu DİN, DSX, DTX və Baş Prokurorluğun birgə brifinqində DİN mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev deyib.
“Azərbaycan Respublikasının bütün ərazisində DİN-in şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və onlara ölkə daxilində hüquqa zidd hallarla bağlı qəti tədbirlər görülməsi üçün göstərişlər verilib”, - o əlavə edib.