Məzmuna keç

“Vumart Gross” qida və qeyri-qida məhsullarının sərfəli qiymətlərlə satışını təklif edir –

Böyük bir market təsəvvür edin. İndiyə qədər Azərbaycanda gördüyünüz digər marketlərdən öz orjinallığına və fərqli məhsullarına görə seçilən, məhsulların üzərində iki qiymət olan bir market. Yolumuz Bakının Nərimanov rayonu, Dərnəgül şossesində yerləşən "Vumart Gross” marketdən keçənə qədər biz də belə bir şeyin olduğunu düşünmürdük.

Marketdə gördüyümüz və eşitdiyimiz yenilikləri oxucularımıza təqdim edirik.

“Vumart Gross”da ilk olaraq diqqətimizi marketin təmiz, səliqəli, bolçeşidli olması və alıcıların çoxluğu cəlb edir. Sözügedən market iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə müxtəlif qida məhsullarının stendləri alıcıları qarşılayır. İkinci mərtəbədə isə qeyri-qida və təmizlik məhsullarının satıldığını görürük.

Girişdə bizi satış direktoru Tural Məmmədov qarşıladı. Marketdə qızğın satışın getdiyini görüb, açılış haqqında da soruşduq. Direktor bildirdi ki, marketin rəsmi açılışı ötən ilin oktyabrın 22-də baş tutub.

“Hələlik Bakıda “Vumart Gross”un yalnız bir filialı fəaliyyət göstərir. Növbəti mərhələlərdə digər filialımızın da açılışı olacaq. “Vumart Gross” müxtəlif ölkələrdən məhsullar idxal edən topdan və pərakəndə satış mağazasıdır. Əsas məqsədimiz B2B (business-to-business) və B2C (business-to-consumer) müştərilər üçün əlverişli qiymətlərlə qida və qeyri-qida məhsullarının keyfiyyətli satışını həyata keçirməkdir.

Mağaza həmçinin sahibkarlar üçün topdan qiymətlər təqdim edir, bu da onların öz iş fəaliyyətlərində xüsusi dəstək verir. Gördüyünüz kimi bütün məhsulların üzərində iki qiymət yazılıb. Bu həm topdan, həm pərakəndə alıcılar üçün nəzərdə tutulub. 49 manatdan çox məbləğdə alış-veriş edən şəxslər məhsulları topdan qiymətə ala bilir.

“Vumart Gross”, xüsusilə Horeca sahəsində fəaliyyət göstərən iaşə obyektlərinə (restoranlar, kafelər, otellər və s.) bütün qida və qeyri-qida məhsullarının keyfiyyətli şəkildə təmin edir. Eyni zamanda, B2B müştərilər üçün çatdırılma xidmətimiz də mövcuddur”, – deyə o qeyd etdi.

Marketdə gəzişərkən xeyli sayda xarici və yerli şirkətlərin məhsullarının satıldığının şahidi olduq. Satış direktoru deyir ki, əsas məqsəd Azərbaycanda alıcıları və sahibkarları keyfiyyətli məhsulla təmin etməkdir: “Mağazada müxtəlif ölkələrdən idxal olunan məhsulların satışı həyata keçirilir. Çalışırıq ki, müştərilərimizə yüksək standartlara uyğun, bol çeşiddə məhsullar təqdim edə bilək. Bizim əsas prioritetlərimizidən biri həm də əlverişli qiymət siyasətidir. Müştərilər üçün topdan və pərakəndə satışda sərfəli qiymətlər təklif edərək müştəri məmnuniyyətini artırmaq istəyirik. Həmçinin iaşə obyektlərinə etibarlı və keyfiyyətli məhsul təmin edərək, sektorda etibarlı tərəfdaş olmaq əsas məqsədlərimizdən biridir”.

“Vumart Gross”da istehlakçılara keyfiyyətli xidmət, müştəri dəstəyi və sərfəli endirimlər təqdim olunur.

Sonda Tural Məmmədov onu da bildirdi ki, “Vumart Gross”un 31 mart 2025-ci il tarixinədək keçərli olan kampaniyası çərçivəsində 49 manat və daha çox məbləğdə alış-verişlərdə bütün məhsullara böyük endirimlər tətbiq edilir: “Bu kampaniya, müştərilərə yüksək keyfiyyətli məhsulları daha sərfəli qiymətlərlə almaq imkanı verir”.

Şəbnəm Mehdizadə