Məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 169 nəfər saxlanılıb

Türkiyənin 42 vilayətində FETÖ terror tşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir 42 vilayətdə FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 169 şübhəlinin tutulduğunu açıqlayıb.

Bundan başqa, əməliyyatlar zamanı sənədsiz tapança və tüfənglər, külli miqdarda xarici valyuta və türk lirəsi, çoxlu sayda sənəd və rəqəmsal materiallar ələ keçirilib.

Şəbnəm Mehdizadə