22.10.2026
Türkiyədə fabrikdə partlayış olub, 8 nəfər yaralanıb –
Dünya

Türkiyədə fabrikdə partlayış olub, 8 nəfər yaralanıb –

May 6, 2025

Türkiyənin Çorum şəhərində un fabrikində partlayış olub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, partlayış yerli vaxtla təxminən 12:00 radələrində baş verib.

Hadisə yerinə polis, təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib.

İlkin məlumata görə, partlayış nəticəsində 8 nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır.

Humay Eminqızı