- 18:37
İranın cənubunda Fars körfəzi sahilində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi açıqlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivend məlumat verib.
O, ilkin ehtimallara görə, hadisənin ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində baş verdiyini, təhlükəsizlik və peşə prinsiplərinə əməl olunmadığını bildirib.
Pir Hüseyn Kolivend eyni zamanda qeyd edib ki, baş verən yanğın forkliftdən çıxan qığılcımla başlayıb: "Əgər orada yanğınsöndürən maşın olsaydı, yanğının yayılmasının qarşısını asanlıqla alına bilərdi".
Xatırladaq ki, aprelin 26-da günorta saatlarında İranın cənubunda Fars körfəzi sahilində yerləşən Şəhid Rəcai limanında şiddətli partlayış baş verib. Partlayış nəticəsində onlarla insan həyatını itirib.
Humay Eminqızı