Türkiyənin 4 vilayətində İŞİD terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Baş Prokurorluq tərəfindən silahlı terror təşkilatının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə aparılan istintaq çərçivəsində 12 nəfər barəsində həbs qərarı çıxarılıb.
Jandarma qrupları mərkəzi İzmir olmaqla 4 vilayətdə əməliyyat keçirib.
Keçirilən əməliyyatda 10 şübhəli ələ keçirilib.
Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.
Şəbnəm Mehdizadə
