Məzmuna keç

ABŞ-də müəllim süni intellektdən istifadə etdiyinə görə tələbə təhsil haqqını geri istədi

ABŞ-nın Boston şəhərindəki Northeastern Universitetinin tələbəsi Ella Stapleton müəllim Rik Arrovudun mühazirə qeydlərini "ChatGPT" adlı süni intellekt botu ilə hazırladığını müəyyən edərək təhsil üçün ödədiyi 8 min dolların geri qaytarılmasını tələb edib.

E-huquq.az xarici KİV -ə istinadən xəbər verir ki, Stapleton bildirib ki, dərsə aid digər materiallarına baxanda süni intellektdən istifadənin izlərini və orfoqrafik səhvləri ehtiva edən mətnləri tapıb. Arrovud tərəfindən paylanan tapşırıqlarda tələbələrin süni intellektdən istifadə etmələrinin qadağan edildiyini ifadə etdiyinə diqqət çəkən Stapleton, "Bizə istifadə etməməyimizi deyir, amma özü istifadə edir" deyə bildirib.

Arrovud "ChatGPT"dən dərs fayllarını və sənədlərini redaktə etmək üçün istifadə etdiyini etiraf edib.

Qeyd edək ki, universitet ödənişin qaytarılmasını qəbul etməyib.

Humay Eminqızı