Türkiyənin Kayseri şəhərinin Melikgazi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kocasinan Bulvarında 4 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəza səbəbilə bölgədə nəqliyyatın hərəkətində bir müddət ləngimə yaşanıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
