Məzmuna keç

Yaponiya-ABŞ ticarət danışıqlarının üçüncü raundu keçirilə bilər

Yaponiya və ABŞ arasında gömrük rüsumları ilə bağlı danışıqların üçüncü raundu keçirilə bilər.

E-huquq.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Danışıqların üçüncü raundu mayın 23-də baş tuta bilər.

Məlumata görə, Yaponiyanın iqtisadiyyatın bərpası naziri Ryosei Akadzavanın ABŞ-la tariflər və ticarət siyasəti ilə bağlı danışıqlarda ölkəsini təmsil etmək üçün Vaşinqtona getməsi gözlənilir.

Yaponiya KİV-lərinin məlumatına görə, Yaponiya tərəfi daha əvvəl ABŞ-dan qarğıdalı və soya idxalının artırılması, gəmiqayırma sahəsində texniki əməkdaşlıq və idxal olunan Amerika avtomobillərinin yoxlanılması meyarlarına yenidən baxılmasını ehtiva edən təkliflər paketini nəzərdən keçirib. Bunun müqabilində Yaponiya ABŞ-ın ixracyönümlü iqtisadiyyatının əsasını təşkil edən avtomobil və ehtiyat hissələrinə tətbiq etdiyi tarifləri, eləcə də polad və alüminium tariflərini ləğv etmək istəyir.

Yaponiya və ABŞ artıq danışıqların iki raundu keçirib.

Yaponiya mətbuatının məlumatına görə, ABŞ nümayəndələri mayın əvvəlində Akazava ilə danışıqların ikinci raundunda avtomobil, polad və alüminium üçün yüksək tariflərin qaldırılmasını müzakirə etməkdən belə imtina ediblər.

Humay Eminqızı