Fransada həbsxanalara müxtəlif yollarla gizlin gətirilən telefonların toplanması üçün ölkə daxilində əməliyyat başladılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris prokuroru Laure Beccuau verdiyi yazılı açıqlamada ölkə daxilində 66 həbsxanada əməliyyat başladığını açıqlayıb.
Açıqlamada əməliyyatların “Çin şirkəti tərəfindən buraxılan və Fransada satılan mini telefonları toplamaq” məqsədi daşıdığı bildirilir.
Əməliyyatın qeyri-qanuni əməliyyatlara və oğurlanmış malların alınmasına şərait yaradan platforma barədə istintaqı çərçivəsində başladığı və "təcridxanaların girişində aşkar edilməyəcək şəkildə satılan" minlərlə telefonun ələ keçirilməsinə yönəldiyi bildirilir.
Şəbnəm Mehdizadə
