Məzmuna keç

İspaniyada mobil elektrik şəbəkələri çökdü

İspaniyanın "Telefonica" telekommunikasiya infrastrukturunda yaranan texniki nasazlıq səbəbindən ölkə üzrə ciddi rabitə problemləri yaşanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, nasazlıq İspaniyanın bir çox bölgələrində "Telefonica" xidmətlərinə təsir göstərərək, xüsusilə stasionar telefonlarda ciddi fasilələrə səbəb olub.

Araqon, Ekstremadura, Bask, Valensiya kimi bölgələrdə 112 təcili yardım nömrəsinə zəng etmək mümkün olmayıb.

İstifadəçilərin 72 faizi xidmətin tam kəsilməsi ilə üzləşdiyib, 18 faizi siqnal itkisini, 10 faizi isə girişin tam bloklandığını bildirib.

"Telefonica" şəbəkədə bəzi yeniləmələrin həyata keçirildiyini və bu yeniləmələrin bəzi şirkətlərin xidmətlərinə təsir etdiyi barədə açıqlama verərək problemi həll etməyə çalışdıqlarını bildirib.

İspaniya mətbuatının məlumatına görə, fasilələr çərşənbə axşamı səhər saat 2 radələrində başlayıb. Yerli vaxtla saat 10:30-dan etibarən Valensiya, Araqon, La Rioja və Əndəlus kimi bəzi bölgələrdə xidmətlər tədricən normallaşmağa başlayıb.

Humay Eminqızı