Azərbaycanda hakim korpusunda təmsil olunan keçmiş vəkillərin sayı məlum olub.
E-huquq.az xəbər verir ki, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, Azərbaycanda hakim korpusunun formalaşmasında vəkillərin rolu çox böyükdür:
“Hakimliyinə namizədlərin sırasında həmişə vəkillər xeyli miqdar təşkil edib. Bu gün hakim korpusunda 70-ə qədər əvvəllər vəkil işləmiş şəxslər vardır. Hesab edirəm ki, elə buna görə də onlar öz faəliyyətlərində əvvəllər gördükləri problemlərin təkrarlanmaması üçün çalışmalıdırlar”.
