Misirin hərbi məhkəməsi terrorçuluqda ittiham edilən 112 nəfər barəsində ömürlük həbs cəzası hökmü verib.
E-huquq.az xəbər verir ki, müttəhimlərə qarşı 14 terror aktında iştirak, o cümlədən polis məntəqələrinə silahlı hücum, prokuror köməkçisinə sui-qəsd üzrə ittihamlar irəli sürülüb.
Məhkəmənin qərarında qeyd olunub ki, məhkum olunmuş şəxslər "Hazm" silahlı qruplaşmasının fəal üzvləridir. Misir ordusu və polisi 2013-cü ildən bəri "Müsəlman qardaşları" hərəkatının silahlı qanadı kimi fəaliyyət göstərən bu dəstəyə qarşı bir çox hərbi əməliyyatlar həyata keçirib.
