Məzmuna keç

“Günay Sığorta” məhkəməyə verildi

Bakı Kommersiya Məhkəməsində iddiaçı “Car Service Agency” MMC-nin cavabdeh “Günay Sığorta” ASC-yə  qarşı pul tələbinə dair işə baxılıb

Bakı Kommersiya Məhkəməsində iddiaçı “Car Service Agency” MMC-nin cavabdeh “Günay Sığorta” ASC-yə qarşı pul tələbinə dair işə baxılıb.

E-huquq.az-ın məlumatına görə, məhkəmə iclasında iddiaçının nümayəndəsi Beyrək Tağıyev məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən borcun tam şəkildə ödənildiyini
bildirib və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edib.

Məlum olub ki, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə
məhkəməyə məlumat verməyib. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edib. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək belə nəticəyə gəlib ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdehin nümayəndəsi isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi
baxılmamış saxlanılmalıdır.