Məzmuna keç

Gəncədə 15 yaşlı oğlan öldürülüb, həmyaşıdı tutuldu –

Gəncədə 15 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan e-huquq.az-a verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

***

21:58

Gəncə şəhərində qətl hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Tunar Məmmədov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. 15 yaşlı yeniyetmə dəmiryolu ərazisində bıçaqlanmış vəziyyətdə tapılıb. Əməliyyat edilən T. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, onu tanıdığı şəxs qətlə yetirib.

Faktla bağlı Gəncə şəhər Baş Prokurorluğunda araşdırma başlanılıb.