Məzmuna keç

Şəmkirdə 24 nəfər dönərdən zəhərləndi –

Avqustun 20-də saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə e-huquq.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır: "Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb".

***

20 Avqust 23:46

Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib

E-huquq.az xəbər verir ki, Şəmkir rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə nəticəsində 20-dən çox şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənmə dönərdən qaynaqlanıb.