Məzmuna keç

Prokuror 26 yaşlı gəncin qətlində təqsirləndirilənlərə ağır cəza istədi

Bakının Sabunçu rayonunda 26 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən Emin Ələsgərov, Fərrux Qasımov və Heybətov Əlinin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Emin Ələsgərovun 3 il müddətinə, Fərrux Qasımovun 18 il 6 ay müddətinə, Heybətov Əlinin 19 isə il müddətimə azadlıqdan məhrum edilməsini təklif edib.

Vəkillər cəzanın çox ciddi olduğunu bildirərək çıxış üçün vaxt istəyblər.

Məhkəmənin növbəti iclası 1 sentyabr tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin martın 9-da Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Emin Ələsgərov, Fərrux Qasımov və Heybətov Əli barəsində Cinayət Məcəlləsinin 221.2.1- ci, 120.2.1-ci,221.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı