Məzmuna keç

Ağdamda 16 yaşlı qıza təcavüzdə şübhəli bilinən 4 nəfər tutuldu

Ağdamda 16 yaşlı məktəbli qızın bir qrup şəxs tərəfindən zorakılğa məruz qaldığı iddia olunur.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində qeydə alınıb. Sözügedən faktla bağlı zərərçəkən yeniyetmə ailəsinə məlumat verib. Ailəsi isə yerli hüquq-mühafizə orqanlarına məlumat verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.