Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi ilə əlaqədar Xerson istiqamətində müvəqqəti atəşkəs rejiminin başladığını açıqlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumatda Xerson vilayətinin Oleşki şəhərindəki vəziyyətlə bağlı məlumat verilib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Oleşki yaşayış məntəqəsində humanitar əməliyyata hazırlıq çərçivəsində Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində atəşkəs rejiminə başlayıb.
Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov ötən həftə Oleşki şəhərində keçirilməsi planlaşdırılan humanitar əməliyyatla əlaqədar oktyabrın 27-dən etibarən Xerson istiqamətində müvəqqəti atəşkəs tətbiq olunacağını bildirmişdi.
Rusiya Müdafiə Nazirliyi, həmçinin ötən gün Oleşki istiqamətində ərazilərin minalardan təmizlənməsi işlərinin davam etdirildiyini açıqlamışdı.
Şəbnəm Mehdizadə
