Türkiyənin İstanbul şəhərində güclü yanğın yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Kağıthane rayonunda nəşriyyat şirkətinə məxsus beşmərtəbəli binada naməlum səbəbdən yanğın başlayıb.
Birinci mərtəbədə 1000 kvadratmetrlik sahədə başlayan yanğın qısa müddətdə bütün binanı bürüyüb.
Ünvana yanğınsöndürənlər, polis və tibb işçiləri göndərilib.
Yanğınsöndürənlər dörd fərqli nöqtədən yanğına müdaxilə edib.
Təxminən iki saat sonra yanğın nəzarət altına alınıb.
Hadisə zamanı xəsarət alan olmasa da, yanğın müəssisəyə külli miqdarda maddi ziyan vurub.
Humay Eminqızı
