İran Argentinanın hərbi-dəniz və hərbi-hava qüvvələrini “terror təşkilatı” elan edib.
E-huquq.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qeyd olunub ki, qərar Argentinanın İran Silahlı Qüvvələrinin tərkib hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terror təşkilatı” kimi tanımasına cavab olaraq qəbul edilib.
Bəyanatda vurğulanıb ki, Tehran Buenos-Ayresin bu addımını beynəlxalq hüququn fundamental prinsiplərinə zidd hesab edir və qarşılıqlılıq prinsipinə uyğun olaraq Argentinanın hərbi-dəniz və hərbi-hava qüvvələrini “terror təşkilatı” elan edib.
Şəbnəm Mehdizadə
