ABŞ-nin Miçiqan ştatında kilsəyə silahlı hücum olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.
Polis bildirib ki, 40 yaşlarında silahlı şəxs avtomobili ilə kilsəyə yaxınlaşıb və daha sonra kilsədəkilərə atəş açıb.
Dini ayin zamanı baş verən hücum nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.
Atışmadan sonra kilsədə yanğın başlayıb.
Ölənlərin sayının artacağı istisna edilmir.
Polis hadisəni törədən şəxsin zərərsizləşdirildiyini açıqlayıb.
ABŞ prezidenti Donald Tramp kilsəyə edilən hücumla bağlı məlumatlandırılıb.
“Bu, ABŞ-də xristianlara qarşı növbəti hədəfli hücum kimi görünür. Ölkəmizdəki bu zorakılıqlara dərhal son qoyulmalıdır" – deyə Tramp bildirib.
Humay Eminqızı
