İsrail ordusu Qəzzanın qərbində yerləşən əl-Hilu xəstəxanasını iki dəfə artilleriya atəşinə tutub.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzzadakı media ofisinin direktoru İsmayıl əl-Savabite məlumat verib.
O, xəstəxanada 100-ə yaxın tibb işçisi və xəstələrin köməksiz qaldığını bildirib.
Sevabite qeyd edib ki, İsrail 2023-cü il oktyabrın 7-də Qəzza zolağına hücumlara başladıqdan sonra 38 xəstəxana yararsız vəziyyətə düşüb, 96 sağlamlıq mərkəzi hədəfə alınıb, 197 təcili yardım maşını məhv edilib.
"İndiyədək İsrailin hücumları nəticəsində 1670 tibb işçisi həlak olub", – o bildirib.
Qeyd edək ki, son həftələrdə İsrail ordusu qəzzalılara şəhəri tərk edərək cənubdakı Mavasi bölgəsinə getmələri barədə xəbərdarlıq edir.
Humay Eminqızı
