Vyetnamda "Bualoi" qasırğasının yaratdığı daşqınlar və güclü külək 12 nəfərin ölümünə səbəb olub.
E-huquq.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, təxminən 30 minə yaxın insan təhlükəsiz ərazilərə təxliyə edilib.
17 balıqçının itkin düşdüyü bildirilir.
4 hava limanında uçuşlar dayandırılıb.
Xatırladaq ki, Filippində güclü yağış və küləyə səbəb olan "Bualoi" qasırğası nəticəsində 19 nəfər həyatını itirib.
Humay Eminqızı
