Məzmuna keç

Aİ İrana qarşı sanksiyaları qismən bərpa edəcək

Avropa İttifaqı Şurası İrana qarşı sanksiyaların qismən bərpası barədə qərar qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə Şuranın açıqlamasında bildirilib.

"Bu gün Avropa İttifaqı Şurası İranın nüvə silahının yayılması ilə bağlı fəaliyyəti üzrə bir sıra məhdudlaşdırıcı tədbirlərin bərpası barədə qərar qəbul edib", – sənəddə bildirilib.

Qeyd olunur ki, bu qərar BMT Təhlükəsizlik Şurasının İranla bağlı sanksiyalarının yenidən qüvvəyə minməsi ilə əlaqədar olaraq qəbul edilib.

Tədbirlər paketi aşağıdakılardan ibarətdir:

* bir sıra şəxslərin Avropa İttifaqına daxil olmasına qadağa;

* sanksiya siyahısına daxil edilmiş fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulması;

* ticarət məhdudiyyətləri;

* İran Mərkəzi Bankının və bir sıra iri kommersiya banklarının aktivlərinin dondurulması;

* İran yük reysləri üçün Avropa hava limanlarına girişin qadağan edilməsi.

Humay Eminqızı