Məzmuna keç

Rusiyada hərbçiləri zəhərləmək istəyən qadın saxlanılıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Sevastopol şəhərində Qara dəniz donanmasının gəmilərinin yerləşməsi barədə məlumatları Ukrayna hərbi kəşfiyyatına ötürməkdə təqsirləndirilən və hərbçiləri zəhərləmək niyyətində olan qadın aşpazı saxlayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlum olub ki, 1980-ci il təvəllüdlü qadın Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə kəşfiyyat fəaliyyəti həyata keçirib.

O, Sevastopol körfəzindəki hərbi gəmilərin fonunda şəkil çəkdirib. Qadının təqdim etdiyi fotoşəkillər daha sonra Ukrayna Silahlı Qüvvələri tərəfindən raket hücumlarının planlaşdırılması üçün istifadə edilib.

Rəhbəri ilə yazışmada təqsirləndirilən şəxs Rusiya hərbçilərini zəhərləməyi özü təklif edib.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb.

Humay Eminqızı