Məzmuna keç

“Məhkəmə hakimiyyəti cəmiyyətin fundamental dəyərlərinin keşiyində dayanan qarantdır” –

“Bu gün məhkəmə hakimiyəti cəmiyyətin fundamental dəyərlərinin keşiyində dayanan qarantdır”.

E-huquq.az xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının iclasında deyib.

“Təbii ki, qərarların qəbul edilməsində məhkəmə hakimiyəti hər hansı səhvlərdən qoruyur, bizim üzərimizə düşən vəzifənin icrasında bizi istiqamətləndirir. Ədalət o zaman zəfər çala bilər ki, o hər hansı bir fəaliyyətin mərkəzində dayanan bünövrə kimi götürülsün. Bu gün Azərbaycanda qanunvericilik, məhkəmə və icraedici hakimiyət arasında əməkdaşlıq var. Bu əməkdaşlıqda ədalət mühakiməsinin ortaya qoyulması vacib götürülür".

Şəbnəm Mehdizadə