Məzmuna keç

Qəzzanın bərpası üçün 70 milyard dollar lazımdır

Qəzza zolağının bərpası üçün 70 milyard dollar vəsait tələb olunacaq.

E-huquq.az xəbər verir ki, bunu BMT-nin xüsusi nümayəndəsi Yako Silliers söyləyib.

"BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən birgə aparılan qiymətləndirmələrə əsasən, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq”, – nümayəndə bildirib.

Onun sözlərinə görə, qeyd olunan təşkilatlar dağıntıların miqyasını müəyyən etməklə yanaşı, ilk növbədə hansı ərazilərin bərpa olunmasını da prioritetləşdirəcək.

O, bütün ərazilərin bərpa edilməyəcəyini də vurğulayıb.

Humay Eminqızı