Məzmuna keç

Ekvadorda 5,5 bal gücündə zəlzələ olub

Ekvadorun El Oro əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Məlumata görə, təkanlar yerli vaxtla saat 19:05-də qeydə alınıb.

Zəlzələ 73,6 kilometr dərinlikdə baş verib.

Hadisə nəticəsində tələfat və ya dağıntılarla bağlı hələlik heç bir açıqlama verilməyib.

Humay Eminqızı