Məzmuna keç

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham edilən iş adamlarına hökm oxundu

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham edilən iş adamları Emil Qulubəyov və Nəriman Laziminin məhkəmə araşdırması yekunlaşıb.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək edib.

O, hər iki təqsirləndirilənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə tərəfi isə müvəkkillərinə bəraət verilməsini istəyib.

Daha sonra məhkəmə müşavirəyə gedib və hökm oxunub. Hökmə əsasən hər iki təqsirləndirilən barədə ittiham verilmis CM-nin 193-1.2.3-cü maddəsi subuta yetirilmədiyi ucün bəraət verilib.Təqsirləndirilənlərin ittiham olunduğu CM-nin 179.2.3-cu maddəsi ilə cəza təyin edilərək Emil Qulubəyov 3 il 5 ay 25 gün, Nəriman Lazımi isə 7il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, təqsirləndirilən şəxslər 300-ə yaxın formal şirkət yaradaraq müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.

Məlumata görə, Emil Qulubəyov “Spektr-R” MMC-nin rəhbəri olub.

Nəriman Lazimi isə “Kondor TS” MMC-nin rəhbəri kimi fəaliyyət göstərib.

Onların barəsində Cinayət Məcəlləsinin 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma — qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.3-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılaraq ittiham irəli sürülüb.

İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb.

Humay Eminqızı