Məzmuna keç

İzmirdə mənzildə güclü partlayış olub

Türkiyənin İzmir şəhərində mənzildə partlayış baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmirin Bayraklı rayonunda yerləşən evdə naməlum səbəbdən baş verən partlayış nəticəsində 1 nəfər yaralanıb, 2 iş yerinə ziyan dəyib.

Hadisə yerinə tibb, xilasetmə və polis qrupları cəlb edilib.

Yaralı ev sakini İzmir Şəhər Xəstəxanasına aparılıb.

Hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Humay Eminqızı