Ali Məhkəmənin icraatına daxil olan işlərin sayı açıqlanıb.
E-huquq.az Ali Məhkəmənin saytına istinadən xəbər verir ki, 2019-cu ilə keçən işlərin sayı 2 585-dir.
Bu işlərdən ən çoxu – 1 113-ü mülki işlərdir. İnzibati işlər 669, cinayət işlər 713, iqtisadi işlər 60 və hərbi işlər isə 30-dur.
2018-ci ildə ümumilikdə 13 585 işə baxılıb.
