Məzmuna keç

Keçmiş arvadını öldürən şəxsə hökm oxunub

Keçmiş arvadını öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Xosrov Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. 35 yaşlı X.Məmmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Əfsanə Məmmədova ilə küçədə mübahisə edib. Mübahisə zamanı o, Ə.Məmmədovanı bıçaqlayıb. Qadın hadisə yerindəcə ölüb.

X.Məmmədov ilkin ifadəsində cinayəti qısqanclıq zəmnində törətdiyini deyib.